iCloud hesabı pulsuz necə açılır? - Video



 13:02 11.12.2023     778

Bu gün çox asan görünən amma başqa marka telefonlardan ilk dəfə iPhone-a keçdikdə problem yaşadığı balaca bir mövzu ilə qarşınızda olacam. iCloud hesabı sıfırdan necə açılır?

Bilən üçün çox asan, bilməyən üçün aldığı mağazadan 10 manat, hətta 50 manat verdirəcək qədər qəliz məsələ, iCloud hesab açmaqdan danışım sizə

Telefonumuzda parametrlərə keçirik, yuxarıda iPhone-a giriş gedin yazılıb. Bura girib, mənimlə birlikdə eyni addımları uyğulayaq. Burda yazılıb ki, “Apple vəsiqəniz yoxdur və ya onu unutdunuz?” Apple vəsiqəsi yarat deyirik Ad, soyad, doğum tarixi qeyd edirik burda İrəli E-mail adresi nə olsun deyir, istədiyiniz kimi qeyd edə bilərsiz burada sonda da @icloud.com İrəli Parol yarat deyir, parolumuzu qeyd edirik Yenidən parolumuzu qeyd edirik İrəli Telefon nömrəsi qeyd edirik İrəli Və hazırdır

Emin Həsənov, “Demədi Demə” YouTube kanalında “Techno Deep” adlı verilişimizdə bu və başqa suallarınıza cavab verəcək. “Techno Deep”-də siz texnologiya haqqında məlumatlar alacaqsınız.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az