Limonu bütöv yeməyin inanılmaz faydası - Video



 14:08 11.12.2023     765

Limonu hər kəs sevir. Çünki onu içən anda yüksək təzyiqi aşağı salır, ürəkbulanma varsa, yox edir, qida yaxşı həzm olunur, əhval ruhiyyəmiz düzəlir və başqa müsbət şeylər. Sizə də maraqlı deyilmi limon bunu təkbaşına necə edir? onun tərkibindəki hansı maddə hər şeyə çarə ola bilir?

Yəqin ki, limonun C vitamini mənbəyi olduğunu hamınız bilirsiniz. Limonun faydaları çoxdur. Hazır limon suyu pasterizə edildiyindən C vitamini ilə istədiyimiz qədər zəngin olmur. Faydasından yararlanmaq istəyirsinizsə, təzə limonu sıxın və həmin suyu istifadə edin. Limonun faydaları bunlardır: -böyrəklərdə daş əmələgəlmə riskini azaldır; -dəriyə və həzm prosesinə müsbət təsir edir; -flavanoidlərlə zəngindir; Bəli, videomuzda limondakı flavanoidlərdən xüsusi bəhs edəcəyəm. Ümumilikdə, 6 mindən çox flavanoid mövcuddur. Mənsə, limondakı flavanoidlərin birindən-“eriositrin”dən danışacağam. Eriositrinin təsirləri bunlardır: Qaraciyəri yağlardan təmizləyir. Beləcə, xolesterolun nizamlanmasına, qaraciyərdə başlayan dibaetik prosesin tərsinə çevrilməsinə xidmət edir;

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az