Hətta 1 dənə xurma görün nələr edir... - Video



 14:14 11.12.2023     756

Xurma orqanizmdə nələr edir?

Xurma qədim zamanlardan qidalanmanın bir hissəsi sayılıb. Uzun müddət Yaxın Şərq əhalisinin və Şimali Afrika əhalisinin qidasının əsasını məhz xurma təşkil edib. Onlar bu qənaətdə olub ki, xurmanın tərkibində insan orqanizminə lazımlı bütün maddələr var. Xurma ağacı o qədər asan yetişdirilir ki, hazırda, demək olar, planetin hər yerində bu ağaclara rast gəlmək mümkündür. “Bibliya”da və “Quran”da haqqında danışıldığı üçün xurma bəzi inanclarda “müqəddəs meyvə” sayılır.

Xurmanın faydaları. Meyvənin faydalılıq dərəcəsi zəngin kimyəvi tərkibinə əsaslanır. Onun tərkibində bunlar var: A, C, K, PP, B qrupu vitaminləri; Dəmir, maqnezium, kalsium, sink, fosfor və s.; Niasin (nikotin turşusu); 23 növ amin turşuları; Protein; Qida lifi; Zülal; Və Yağ;

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az