Hamiləlik dövründə mütləq bu analizi verin! - Uşaqda Autizm riskini artırır - Video



 14:32 11.12.2023     712

 

Hamiləlik diabeti diaqnozu almış qadınlarda hamiləlik öncəsində diabet olmur.

Bu qadınlarda insulin yüksək olmasına baxmayaraq, göbək bağı (plasenta) tərəfindən buraxılan hormonlar insulinin təsir etməsini əngəlləyir və bu səbəblə də qan şəkəri yüksəlir. Bu təsir adətən hamiləliyin 20 və 24-cü həftələrində artır. Lakin artıq çəkisi olan qadınlarda hamiləliyin ilk aylarından etibarən qan şəkəri yüksək görülməkdədir. Doğumla birlikdə plesenta atıldığından bu hormonlar itir və xəstəlik ortadan qalxır.

Ginekoloq Şəhla Hüseynova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Ginekoloq Şəhla Hüseynova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az