AMONOREYA nədir? Əlamətləri hansılardır? - Video



 14:35 11.12.2023     797

Amenoreya reproduktiv yaş həddinə (16-45 yaş) çatmış qadınlarda menstrual funksiyanın pozulmasıdır.

Bu halda menstruasiya 6 ay və daha çox müddətdə qeydə alınmır. Amenoreya bir qayda olaraq müstəqil xəstəlik yox, genetik, biokimyəvi, fizioloji, psixo-emosional pozuntuların simptomudur. “Yalançı” amenoreya zamanı yumurtalıq və uşaqlıqdakı tsiklik və hormonal dəyişikliklər qorunub saxlanılır, lakin cinsiyyət orqanlarındakı axıntılar hər hansı anatomik baryer səbəbindən qeydə alınmır. “Həqiqi” amenoreyada isə ovulyasiya və hamiləlik baş vermir.

Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az