Valideynlik hüququndan məhrum olunmaq - Aliment ödəməyən, cinayətkar valideynlər... - Video



 14:40 11.12.2023     761

Valideynlik hüququndan məhrumetmə atalıq və ya analıqdan məhrumetmədir.

Lakin bu belə deyil. Valideynin övladdan imtina etmək hüququ yoxdur. Valideynlik hüququndan məhrum edilmə - vəzifələrindən imtina demək deyil. Valideynin həyat tərzi, münasibəti uşağa ziyan verirsə, onu hüquqdan məhrum etmək olar. Məhrumetmə məhkəmə qaydasında həyata keçirilir. Atanın, ananın uşağın tərbiyəsində iştirak etmək, təhsil ilə bağlı qərar vermək hüquqları var. Uşağın atanın əmlakına vərəsə olmaq hüququ var. Məhrumetmədə bu kimi hüquqlar məhdudlaşdırılır

Tanınmış vəkil Vamiq Şükürov öz  "Youtube" kanalında bu mövzu haqda ətraflı məlumat verib. 

Demedia.az   həmin videonu sizə təqdim edir. 

Rəna İsmayılova / Demedia.az