Uşaqlıq yolunda ifrazat, qaşınma, göynəmə - Qardnarella nədir? - Video



 13:00 12.12.2023     756

 

Normada uşaqlıq yolunda müxtəlif qruplardan olan çoxsaylı mikroorqanizmlər yaşayır: lakto və bifidobakteriyalar (bütün floranın 95%-ini təşkil edir), koklar, enterobakteriyalar, bağırsaq çöpləri, maya göbələyi, klebsiella, mikoplazma və digərləri.

Qardnerella da belə mikroblardandır. Əlverişli şəraitdə tez bölünüb artaraq uşaqlıq yolu və sidik kanalını tutur, vaginada olan süd turşsu bakteriyalarını məhv edir. Nəticədə – keçmişdə qardnerelloz adlanan xəstəlik inkişaf edir. Hazırda alimlər müəyyən etmişlər ki, bu prosesdə digər şərti-patogen mikroblar – mikoplazma, fuzobakteriya, bakteroid, peptostreptokok və digərləri də iştirak edir. Yəni, müasir baxışlara görə qadınlarda qardnerelloz – qarışıq infeksiyadır və «bakterial vaginoz» adlanır.

Ginekoloq Rəşad Sultan mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Ginekoloq Rəşad Sultan "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. 

Rəna İsmayılova / Demedia.az