Qəzzada ölənlərin sayı 18 mini keçdi



 17:30 12.12.2023     219

Qəzzada 7 oktyabrdan baş verən hücumlarda ölənlərin sayı 18 mini keçib.

Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 7 oktyabrdan bu yana ölənlərin sayı 18 min 205 nəfərə çatıb. Yaralananların sayı isə 49 min 645-ə yüksəlib.