Türkiyənin reytinq rekordları qıran serialının çəkilişində YANĞIN - FOTO



 22:30 12.12.2023     269

Türkiyədə məhəllələr arasındakı 60 hektar ərazidə inşa edilən və "TRT"də yayımlanan "Kudüs Fatihi Selahaddin Eyyubi" serialının çəkiliş məkanında günorta saatlarında yanğın baş verib.

Demedia.az  türk mediasına istinadən xəbər verir ki, Səlahəddin Əyyubinin malikanəsi olaraq istifadə edilən poliuretan köpük divarlı hissədəki yanğının ardından bölgəyə çox sayda qrup cəlb edilib.

Yanğınsöndürənlər alovu qısa müddətdə söndürsələr də, bəzi dekorasiya və paltarlar yararsız hala düşüb. Yanğınla bağlı araşdırmalara başlanılıb.

1

1