1 gecəyə öskürəyi kəsən təbii müalicə - Video



 16:04 13.12.2023     566

Öskürək nədir? Səbəbləri nələrdir? Öskürəyi necə kəsmək olar?

Öskürəyin davametmə müddəti önəmlidir. 2 həftədən az çəkən öskürəklər “kəskin öskürək”dir. Adətən, ötəri səbəblərdən qaynaqlanır. 2-4 həftə arasındakı öskürəklər “allergik öskürək” ola bilər. 4 həftədən çox sürən öskürəklər “xroniki öskürək”dir. Əgər öskürəyiniz 4 həftədən çox çəkirsə, həkimə getməyiniz mütləqdir. Xroniki öskürəyin ciddi səbəbləri ola bilər. Aylarla sürən öskürək o deməkdir ki, orqanizmdə nəsə düzgün deyil. Yəni öskürmək əsnəmək kimi adi bir hərəkət olaraq qəbul edilməməlidir. Öskürəyi yaradan səbəblər aradan qaldırılınca öskürək də sona çatar. Qrip mövsümündə öksürəyi burun axıntısı yaradır. Burundakı selik gənziyə sıçrayır, orada qıcıqlanma baş verir, insan öskürür. Üst tənəffüs sistemindəki infeksiyalar da gənziyi qıcıqlandırır, öskürəyə səbəb olur. Əgər vəziyyət belədirsə, bol-bol maye içmək, məsələn, isti kompot, süd içmək faydalıdır.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az