Qızılca xəstəliyinın əlamətləri nələrdir? Buna diqqət edin - Video



 16:08 13.12.2023     1009

Qızılca nədir? Necə yayılır? Özümüzü və yaxınılarımızı bu xəstəlikdən necə qoruya bilərik?

Qızılca çox asanlıqla yayılan, lakin çox ciddi problemlər yarada bilən bir infeksiyadır. Hava-damcı yolu ilə insandan insana keçən qızılcanın müddəti 10-14 gün arasındadır. Yəni bu müddət ərzində xəstə başqa insanla fiziki təmasa keçərsə, asqırıb, öskürərsə sağlam birini həmin var virusa yoluxdura bilir. Yoluxmuş insan asqırdıqda havaya yayılan virus bir saat havada asılı vəziyyətdə qalır. Bu vaxt istənilən şəxs həmin qızılcaya asanlıqla yoluxa bilir. Sağlam bir insanın qızılcaya yoluxmuş şəxsin istifadə etdiyi dəsmal, geyim, boşqab, çəngəl və ya oyuncaq kimi əşyalara toxunması böyük risk yaradır. Əgər insan bu əşyalara toxunarsa, sonra əlini sabunlamadan ağzına, burnuna və ya gözünə sürtərsə, xəstələnə bilər. Qızılca virusu sağlam insana bulaşdıqda, insanın boğazı ilə burnunun birləşdiyi hissəyə daxil olur və bölgədəki limfa düyünlərinə çatır. Buradan qan dövranı sistemi vasitəsilə bütün bədənə yayılır. Müxtəlif orqanlarda hüceyrə sistemlərinə daxil olaraq çoxalmağa davam edir.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az