Bağırsaqların xəstə olduğunu göstərən əlamətlər - Video



 09:07 19.12.2023     526

Bağırsaqlarınızda hansısa xəstəliyin olmasını bilməyin asan bir üsulu var.

Bağırsaqda istər çölyak, kron kimi xəstəliklər, istərsə də, adicə narahatlıqlar olsun, hamısı mikrobiomla əlaqəlidir. Bağırsaqlarda trilyonlarla mikrob var. Onların miqdarında və ya növündə bəzi dəyişikliklər ola bilər. Faydalı bakteriyalar daha az, zərərli bakteriyalar daha çoxdursa, problemin mövcudluğu şübhəsizdir. Bəzən bağırsaq problemindən danışan kimi, deyirlər: “Bakteriyaları liflə qidalandırmaq lazımdır”. “11 öynədən, ən azı, 3-ündə taxılkimilər yemək” qaydasının kökündə bu dayanır. Lifin mikrobları qidalandırdığını çoxdan bilirik. Lakin söhbət sağlam lifdən gedirsə, düşünməyə dəyər. Qəribə burasıdır ki, taxılkimilər zənn etdiyimiz qədər liflə zəngin deyillər. Onların, sadəcə, 7%-i lifdən ibarətdir. Bəli, yalnız bu qədər… Nişasta ilə zəngin olan taxılkimilər yüksək miqdarda lifə malik deyillər. Bundan əlavə, qeyd etməliyəm ki, taxılkimilərdə fitin turşusu var. Qısaca deyim, fitin turşusu mineralları bloklayır. Xüsusilə, dəmirin, kalsiumun, maqneziumun və sinkin orqanizm tərəfindən mənimsənilməsinə mane olur. Yəni kimsə sizə taxılkimilərdən bol-bol yeməyi tövsiyə etsə, ona fitin turşusundan bəhs etməyi təxirə salmayın.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az