Bu qidalar qəbizlik yaradır - Video



 11:04 19.12.2023     495

Qəbizliyin ən birinci səbəbi qeyri-düzgün qidalanmaqdır. Daha doğrusu, yetərsiz qidalanmaq.

Bağırsaqlarda onurğadan daha çox sinir var. Beyinlə bağırsaqlar arasında “azan sinir” (latınca: “nervus vagus”) adlanan çox uzun bir sinir mövcuddur. Bu sinir ikitərəflidir. Orqanizmin yuxarısı ilə aşağısını bir-birinə bağlayır; məlumat göndərir, məlumat qəbul edir.Kəskin B1 vitamini çatışmazlığı zamanı meydana çıxan Beri-beri xəstəliyi haqqında, yəqin ki, eşitmisiniz. Xəstəliyin bir növü var ki, bağırsaqdakı hərəkətliliyi məhdudlaşdırır. Buna “Mədə-bağırsaq traktının Beri-beri xəstəliyi” də deyilir. “Mədə-bağırsaq traktının Beri-beri xəstəliyi” varsa, bağırsaqlar nəcisi xaric etmək qabiliyyətini önəmli dərəcədə itirir.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az