Qara nöqtə və sızanaqlara əlvida! - Aptekə getməyə ehtiyac qalmadı - Video



 11:20 19.12.2023     557

Qara nöqtələr və ağarmış sızanaqlar bir-birinə bənzəyir. Hər ikisi də komedon adlanır. “Komedon” termininin maraqlı mənşəyi var. Latınca “yemək” kəlməsindən yaranıb. Bu termin parazit soğulcanın adlandırılmasında istifadə edilir. Çünki komedonların kənarlarından basdıqda bir soğulcan kimi qıvrılaraq çıxırlar.

Bəzi insanlar üzlərini bərk-bərk və tez-tez yuyurlar ki, qara və ya ağ nöqtələrdən xilas olsunlar. Onlar zənn edirlər ki, bunlar dərinin üzərində yığılan kirdir. Kökündən yanlış hərəkətdir. Çünki nöqtələrin içindəki kütlənin sızanaqlardakı kirlə heç bir əlaqəsi yoxdur. Üz dərisini süngər daşı ilə ovmaq, müxtəlif kosmetoloji təmizləyicilərdən istifadə etmək də çıxış yolu deyil.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az