Türkiyəsiz Macarıstanın təhlükəsizliyi yoxdur - Orban



 18:30 19.12.2023     279

Macarıstanın baş naziri Viktor Orban prezident Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı keçirib.

Demedia.az xəbər verir ki,Orbanın "Türkiyəsiz Macarıstanın təhlükəsizliyi yoxdur. Macarıstanı təhdid edən miqrasiya təhlükəsi Türkiyəsiz dayandırıla bilməz" etirafı görüşdə iz buraxıb.
Macarıstanın Baş naziri ölkəsi ilə Türkiyə arasında ikitərəfli əlaqələrin əhəmiyyətinə diqqət çəkərək, "Bu gün əlaqələrimizi hərtərəfli strateji əməkdaşlığa yüksəltmişik. Bundan daha yüksək bir şey varmı, bilmirəm. Diplomatik dillə desək, düşünürəm ki, dostluq və qardaşlıq baxımından ən güclüsü budur”. dedi.

Bahadur Seyidov