Avtomobil üzərinə həbs qoyula bilər - Yol hərəkəti qaydasını pozanlar mütləq izləyin! - Video



 09:07 20.12.2023     816

 

Mövcud praktikada bir çoxları avtomobili etibarnamə ilə idarə edir.

Yəni başqa bir şəxsdən avtomobil alır amma onu öz adına keçirtmək əvəzinə avtomobili "generalnıy" deyilən etibarnamə ilə idarə edir. Daha sonra o da başqa bir şəxsə etibarnamə ilə avtomobili satır. Amma unutmaq olmaz ki, sizə verilən, və ya sizin verdiyiniz etibarnamə o qədər də etibarlı sənəd deyil: Birincisi bu sənəd alqı- satqını təsdiqləmir və siz avtomobilin mülkiyyətçisi deyilsiz, ikincisi etibarnamənin qüvvədən düşmə təhlükəsi hər an var.

Tanınmış vəkil Vamiq Şükürov öz  "Youtube" kanalında bu mövzu haqda ətraflı məlumat verib. 

Demedia.az   həmin videonu sizə təqdim edir. 

Rəna İsmayılova / Demedia.az