Qəzza ilə bağlı qətnamə layihəsinin səsverməsi təxirə salındı



 11:20 20.12.2023     459

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) İsrailin işğalı altında olan Qəzzaya humanitar yardımın maneəsiz daxil olması üçün hərbi əməliyyatların dayandırılmasını tələb edən qətnamə layihəsinə dair səsvermə razılaşma əldə olunmadığı üçün ikinci dəfə təxirə salınıb.

Demedia.az xəbər verir ki,  New York yerli saatı ilə saat 17:00-da keçirilməsi planlaşdırılan tədbir ləğv edildi. İkinci dəfə təxirə salınan səsvermənin dekabrın 20-də keçirilməsinin planlaşdırıldığı öyrənilib.

Bahadur Seyidov