Dəhşətli vulkan belə püskürdü - - FOTO



 11:40 20.12.2023     323

İslandiyada vulkanın püskürmə anının ən aydın görüntüsü ortaya çıxıb. Görüntüdə vulkandakı ardıcıl partlayışlarla lavanın metr hündürlüyünə çatdığı görülüb.

Demedia.az xəbər verir ki, oktyabr ayının sonundan bəri ardıcıl zəlzələlərin yaşandığı və noyabrda 24 saat ərzində 1000 zəlzələnin yaşandığı İslandiyada gözlənilən şey nəhayət baş verdi. Ölkənin cənub-şərqində Reykjanes yarımadasında yerləşən vulkanda partlayış baş verib. Partlayış səbəbindən bölgədə həyat sözün əsl mənasında dayanıb. Daha əvvəl 4 min insanın təxliyə edildiyi bölgədə fövqəladə vəziyyət elan edilib. Rayonda bütün yollar bağlanıb, insanların küçələrdə gəzməsi qadağan edilib.Vulkanın püskürmə anının ən aydın görüntüsü üzə çıxıb. Videoda vulkanın dəfələrlə püskürdüyü və kraterdən çıxan lavanın metrlərlə hündürlüyə çatdığı görülüb.

Bahadur Seyidov

1

1