Süd vəzinin bərk olması, şiş, ağrı | Hansı xəstəlikdən xəbər verir? - Video



 10:27 20.12.2023     610

Döş ağrısı qadınlarda ən cox rast gəlinən şikayətlərdəndir.Hər bir qadın həyatının bir mərhələsində döş ağrısı ilə üzləşir.Döş ağrısı ümumiyyətlə nisbətən gənc qadınlarda(aybaşı olan qadınlarda)  rast gəlinir, nisbilik olaraq daha az olmaqla birlikdə, menopauz sonrası qadınlarda da döş ağrısı şikayətləri ola bilər.

Döş ağrısı bəzi qadınlarda həyatlarının bir dövründə həyat keyfiyyətini pozacaq qədər şiddətli ola bilər. Sinə qəfəsin bölgəsində iştirak edən oynaq və əzələlərdən qaynaqlanan ağrı döş ağrısı ilə birlikdə qarşılıqlı ağrı verə bilər. Süd vəzisi xərçəngi olan qadınların bir qisimi ağrı şikayətləri ilə həkimə müraciət edirlər. Xalq arasında ağrıyırsa xərçəng deyil sözü gerçəyi əks etdirmir. Aybaşı olmaq dəyişməyən, davamlı eyni yerdə olan ağrının, süd vəzisi xərçəngi halı ehtimalı az da olsa var. Bu səbəblə bu kəslərin mütəxəssis bir həkimə müraciət etmələri lazımdır. Ağrının şəkli bəzən döyünən tərzdə, bəzən yanma tərzində bəzən də bıçaq batar şəklində ola bilər.

Ankoloq-Mammoloq İndira Səfərova mövzu haqqında videoda ətraflı məlumat verib.

Demedia.az  Ankoloq-Mammoloq İndira Səfərova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az ​​​​​​​