Husilər: İsrail gəmilərini vurmağa davam edəcəyik



 15:00 20.12.2023     274

Yəməndə İranın dəstəklədiyi husilərdən yeni təhlükə gəlib. Qəzzaya hücum edən İsrail gəmilərini hədəf alan husilər ABŞ-ın rəhbərliyi ilə bölgədə yaradılması planlaşdırılan beynəlxalq dəniz qüvvələrinə qarşı çıxacaqlarını bildiriblər.

Demedia.az xəbər verir ki,post, "Əməliyyatlarımızın məqsədi Qəzzaya qarşı blokada və təcavüzə qarşı Fələstin xalqının yanında olmaqdır. Münaqişənin yayılmasına çalışanlar öz hərəkətlərinin nəticələrini çəkirlər. ABŞ-ın yaratdığı ittifaq İsrailin müdafiəsi üçündür və heç bir əsas olmadan Qırmızı dənizi hərbiləşdirməkdir. “Bu vəziyyət mütləq Yəmənin Qəzzaya dəstək üçün qanuni əməliyyatlarını dayandırmayacaq.

Bahadur Seyidov