Ən çox görülən sidik-cinsiyyət sistemi infeksiyaları - Video



 09:31 21.12.2023     679

 

Cinsi yolla keçən infeksiyalar cinsi əlaqə zamanı insandan insana ötürülən infeksiyalara deyilir.Bunlar Cinsi yolla keçən xəstəliklər və ya veneroloji xəstəliklər də adlandırılır.

Bilinən 20 yə yaxın cinsi yolla keçən infeksiyalar vardır. Bu infeksiyaların bir çoxu müalicə oluna bilir. Ən çox rast gəlinən əlamətlər Kişilərdə: Cinsi orqanda yanma və ya qaşınma Axıntı Çanaq ətrafında ağrı Penis, anus və ya ağızda yaralar, şişkinliklər Sidiyə çıxma zamanı ağrı Tez-tez sidiyə çıxma istəyi Qadınlarda: Cinsi nahiyədə yanma və ya qaşınma Cinsi nahiyədə axıntı və ya qoxu Çanaq ətrafındakı ağrı Cinsi nahiyədə anormal qanaxma Cinsi əlaqə zamanı ağrı Cinsi nahiyədə yaralar, şişkinliklər Sidiyə çıxma və ya bağırsaq hərəkətləri zamanı yanma və ağrı Tez -tez tualetə getmək istəyi

Androloq Azər Mirzəyev 2023-cü ildə ən çox rast gəlinən androloji xəstəliklər barədə videoda ətraflı məlumat verir.

Demedia.az  Androloq Azər Mirzəyev "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az