İçkidən, alkoqolizmdən iyrəndirən vasitə - Alkaşları necə müalicə etmək olar - Video



 10:05 21.12.2023     702

Alkoqolizm - spirtli içkilərin sui-istifadəsi nəticəsində yaranmış və xroniki intoksikasiya doğuran, spirtli içkilərdən psixi və (və ya) fiziki asılılıqla, habelə digər mənfi tibbi–sosial nəticələrlə ifadə olunan xəstəlik vəziyyətidir.

Alkoqolizm bir çox insanlar tərəfindən alkoqol asılılığı mənasında istifadə olunur. Bəzi insanlar alkoqoldan asılı olmadan həyatlarında çətin vəziyyətlər olduğu halda alkoqol qəbul edirlər. Alkoqoldan asılılı vəziyyət yaranarsa, onda bu zərərli vərdişdən qurtulmağa detoksikasiya kömək edə bilər.

• Dünyada spirtli içki qəbul edilməsi səbəbindən hər il 3,3 milyon insan ölür, bu bütün ölümlərin 5,9% təşkil edir. • Alkoqol qəbulu 200-dən çox xəstəliklərin əmələ gəlməsinə səbəb olur. • Alkoqol-bütün xəstəliklərin və zədələrin qlobal yükünün 5,1%-ni təşkil edir • Akoqol qəbulu həyatın erkən mərhələlərində ölüm və əlilliyə səbəb olur. 20-39 yaşlı insanlar arasında ölümlərin təxminən 25% spirtli içki qəbul edilməsi səbəbi ilə bağlıdır. • Alkoqolun qəbulu ruhi və davranış pozğunluqları, həmçinin bir sıra digər qeyri-yoluxucu sağlamlıq problemləri və xəsarətlərin yaramasında əsas səbəblərdən biridir. • Alkoqolun qəbulu nəinki fərdin sağlamlığına, həmçinin bir sıra insanların və cəmiyyətin ictimai və iqtisadi vəziyyətinə zərərli təsir göstərir.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az