Yapon alim Nişinin qızıl balıq qaydası - Onurğa və bel ağrılarını belə sağaldırdı! - Video



 10:15 21.12.2023     791

Hərəkət-bütün dərmanları əvəz edir, amma bütün dərmanlar hərəkəti əvəz edə bilmir.

Professor Nişi bu kəlamı hələ XX əsrin əvvəlində sınaqdan keçirib və bu sadə həqiqəti təsdiq edib. Alim onu sübuta yetirib ki, heç də bütün hərəkətlər şəfa vermir. Əksinə, elə hərəkətlər var ki, qaş düzəldən yerdə, vurub gözü də çıxardır.Yalnız qanı saflaşdıran və qandövranını yaxşılaşdıran hərəkətlər müalicəvi əhəmiyyət kəsb edir.Yapon əyalətlərinin birində balığı diriltmək üçün qəribə bir üsuldan istifadə edirlər: balığın quyruğundan tutub onu əsdirərək, suya salıb çıxardırlar. Nişi bu hərəkətin orqanizmin yaşamaq qabliyyətini artıran bir hərəkət olduğunu anlayırdı və ilk məşqini balıq çabalamasına (vibrasiya) bənzətdi. 

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az