Ərdoğan Sisi ilə Qəzzada baş verən hücumları müzakirə etdi



 14:38 21.12.2023     552

Prezident Rəcəb Tayyib Edoğan Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığı aparıb.

Demedia.az xəbər verir ki,iclasda İsrailin Qəzzaya hücumları əsas gündəm mövzusu olub. Ərdoğan Sisi ilə görüşündə islam ölkələrinin daimi atəşkəsin təmin edilməsi üçün birlik içində səylərini davam etdirmələrinin vacib olduğunu bildirib.İki lider arasında keçirilən görüşdə İsrailin Fələstin ərazisinə hücumları və Qəzzaya humanitar yardım çatdırmaq səyləri müzakirə edilib. Prezident Ərdoğan görüşdə İslam ölkələrinin daimi atəşkəs olduğunu vurğuladı.Bunun üçün başlanan səylərin birlik içində davam etdirilməsinin vacib olduğunu bildirdi.Prezident Ərdoğan yenidən Misir prezidenti seçilən Sisiyə uğurlar arzuladı. O, yeni dövrün Türkiyə-Misir münasibətləri üçün faydalı olacağına ümid etdiyini bildirib.

Bahadur Seyidov