Öd kisəsinin öldüyünü göstərən əlamətlər - Öd çıxarılanda nə baş verir? - Video



 09:47 22.12.2023     634

 

Vacib bir daxili orqanı əməliyyatla aldırmazdan qabaq bu orqanın hansı işlərə məsul olduğunu bilməyiniz mütləqdir.

Öd kisəsi öd suyunu içində saxlayan orqandır. Öynələrarası zaman ərzində öd suyunu depolayır. Yemək zamanı hərəkətə keçir, öd suyu ifraz edir. Öd kisəsi əməliyyatla çıxarılan insanlar öd suyu konsentrasiyasına sahib olmurlar. Bu insanlarda öd kanallarından nazik bağırsağa öd suyu damır ki, bu da normal həzm üçün yetərli deyil. Öd kisəsində daş, yaxud başqa bir simptom səbəbiylə baş tutan cərrahiyyə əməliyyatı ödlə bağlı problemlərin həllidir. Əməliyyat da, əməliyyatın nəticəsi də problemə uyğundur.

Öd suyu ürəkdəki iltihablanmanı önləyən Omeqa-3 yağ turşularının, ümumiyyətlə, bütün yağ turşularının qidadan ayrılmasına xidmət edir. Öd daşları yüksək konsentrasiyalı xolesterol daşlarıdır. Yəni həddən artıq xolesterolunuz varsa, buna qarşılıq, lazımi qədər öd suyunuz yoxdursa, öd kisəsində daşlar əmələ gəlir. Bunun müxtəlif səbəbləri ola bilər: 1) Qaraciyərdəki hər hansı bir problem imkan vermir ki, öd suyu istehsal olunsun; 2) Öd kisəsi kanallarında, yaxud öd kisəsində yaranan narahatlıqlar; 3) Öd kisəsində daşın əmələ gəlməsinin qarşısını ala biləcək ən önəmli faktor yetərli qədər öd suyunun olmasıdır. Bəzən insanlar düşünür ki, öd kisəsindəki daşı artıq yağlar yaradır. Bu, doğru deyil. Səbəb öd suyu çatışmazlığıdır. Öd suyunu istehsal edən xolesteroldur. Xolesterol olmasa, öd suyu istehsal edilməz;

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az