Uşaqlarda qurd xəstəliyi / Profilaktikası və müalicəsi - Video
Uşaqlarda qurd xəstəlikləri çox tez-tez qarşılaşdığımız bir haldır.
Əksər hallarda yaşı 3-12 olan uşaqlarlarda qurd xəstəlikləri hallarına tez-tez rast gəlinir. Uşaq orqanizmində eyni zamanda bir neçə növ helmint parazitlik edə bilər. Helmintlər uşağın immunitetinin azalmasına, allergiyalara, mədə-bağırsaq və sinir sisteminin pozulmasına səbəb olur. Və nəticədə də uşağın fiziki və əqli inkişafı ləngiyir.
Pediatr-İnfeksionist Aytən Ziyadova mövzu barədə videoda ətraflı məlumat verib.
Demedia.az Aytən Ziyadova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.
Rəna İsmayılova / Demedia.az