Trampdan Hitlerə bənzədilməsinə reaksiya: “Mənim mübarizəm..."



 17:30 22.12.2023     501

ABŞ-ın keçmiş prezidenti Donald Tramp nasist lideri Adolf Hitlerin yazdığı “Mənim mübarizəm” kitabını oxumadığını deyib.

Demedia.az xəbər verir ki, Tramp bu barədə qeyri-qanuni mühacirlərlə bağlı sözləri Hitlerin İkinci Dünya Müharibəsindən əvvəlki sözləri ilə müqayisə edildikdən sonra deyib. ABŞ-a girən qeyri-qanuni mühacirlərlə bağlı “Ölkəmizin qanını zəhərləyirlər” sözü ilə müzakirələrə səbəb olan 77 yaşlı Tramp Ayova ştatında keçirdiyi mitinqdə tərəfdarları qarşısında çıxış edərkən bi ifadəsinin üstündə dayanıb.

"Ölkəmizi məhv edirlər. Ölkəmizin qanını yox etdikləri doğrudur. Onların etdikləri budur. Bunu deməyim onların xoşuna gəlmir” deyən Tramp “Mən Hitlerin “Mənim mübarizəm” əsərini heç vaxt oxumamışam. Deyirlər ki, Hitler belə deyib, amma çox fərqli şəkildə. Onlar dünyanın hər yerindən gəlirlər. Ölkəmizə yoluxucu xəstəliklər gətirə bilərlər, amma mütləq cinayət gətirirlər" ifadələrini işlədib.

Hitlerin “Mənim mübarizəm” kitabında “qan zəhərlənməsi” ifadəsini işlətməsi Trampın Hitlerə bənzədilməsinə səbəb olub.