Qaraciyərin xəstə olduğunu göstərən 10 vacib əlamət - Video



 12:09 25.12.2023     695

Qaraciyər xəstəliklərinin əksəriyyəti son mərhələyə kimi simptomsuz olmur. Sadə dildə desəm, qaraciyər səssiz orqandır-dərdini deyə bilmir.

Qaraciyər insanın ən böyük daxili orqanıdır. Diafraqmanın altındakı qarın boşluğunda, sağda yerləşir. Nadir hallarda solda da ola bilər. Qaraciyərin funksiyalarının pozulması həyat üçün təhlükə yaradır. Qaraciyər, təxminən, 500 müxtəlif funksiyanı yerinə yetirir. İndi özünüz təsəvvür edin bu funksiyaların pozulması zamanı bədənimizdə nə olacağını...

Qaraciyər bağırsaqlar tərəfindən mənimsənilən qidanın emalına, seçilib ayrılmasına məsuldur. Məsələn; qana lazım olan maddələri o ötürür; Metabolik reaksiyalar nəticəsində orqanizmdə əmələ gələn toksinləri zərərsizləşdirir, onların harada saxlanacağına və ya necə çıxarılacağına “qərar verir”; Bütün növ maddələr mübadiləsində - zülalların, yağların, karbohidratların mübadiləsində iştirak edir; Yalnız qaraciyərdə bədən üçün lazım olan albumin proteini və bir çox qan laxtalanma faktoru istehsal olunur; Orqanizm üçün enerji mənbəyi olan qlikogen də qaraciyərdə əmələ gəlir və toplanır;

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az