Titrəmə, halsızlıq | Hipoqlikemiya nədir? - Video



 12:31 25.12.2023     533

Qan şəkərinin normal səviyyədə (ümumiyyətlə 50-60 mg / dl) daha aşağı olması halına qan şəkəri düşməsi və ya tibb dilində Hipoqlikemiya deyilir.

Qan şəkərinin ani düşməsi nəticəsində xəstədə tərləmə, nəbzin tez-tez vurması, titrəmə, yorğunluq, ürəkbulanma və ani aclıq hissi ortaya çıxır. Qanda şəkəri düşmüş insanlar çox vaxt səndirləyir. Odur ki, belə halda xəstədən uzaq durmağa tələsməyin. Xəstənin huşu özündədirsə, ona şəkərli su verin. 15-20 dəqiqə ərzində vəziyyəti düzəlməsə, arxası üstdə uzadaraq, ayaqlarını 30 sm qaldırın və dərhal təcili tibbi yardım çağırın. Qanda şəkəri düşmüş xəstənin 2 ədəd kəllə qənd yeməsi həyatını qurtara bilər.

Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az