Bu videoya baxmadan toyuq əti yeməyin! - Video



 11:24 27.12.2023     743

Hər il dünyada 9 milyarddan çox toyuq və hind quşu satılır. Bunların 99,9%-i fabrik kimi işləyən toyuq fermalarında yetişdirilir. Bəli, bu cür istehsal ucuza başa gəlir.

Hərdən sizin də rastınıza çıxar yəqin. Binaların həyətinə gəlirlər, yolların kənarında dayanırlar və bağırırlar: “Çolpa, çolpa! Qiyməti 6 manat 50 qəpik! Qiyməti 7 manat!” Adam düşünməyə başlayır: “Kənd toyuğunun ən ucuzunu kilosunu 13-14 manatdan alırıqsa, 6-7 manata çolpa satılması necə olur?” 1925-ci ildə 1 toyuğun böyüməsi, kəsiləcək hala gəlməsi üçün 125 gün lazım idi. Hazırda isə bu müddət, təxminən, 47 gündür. Yəni ay yarım… Gəlin CAFO üsulu barədə danışım. CAFO konsentratlaşdırılmış heyvan yemləmə əməliyyatıdır. Toyuq sənayesində məhz bu üsul tətbiq edilir. Son illərdə bu üsulla yetişdirilən toyuqların tüklərində, dimdiklərində, hətta caynaqlarında belə, antibiotiklər aşkarlanır. Hansı ki, bu antibiotiklərin əksəriyyətinin qida sənayesində istifadəsi çoxdan qadağan edilib. Hətta toyuq tükündə arsen maddəsi aşkarlanması faktları da var. Qeyd edim ki, arsen toyuq ətini çəhrayı rəngdə göstərir. Bu elementin rusca adı (mışyak) çox ehtimal ki, siçanları zəhərləmək üçün istifadə olunan zəhərin adı ilə bağlıdır. Analizlər zamanı arsenin ən çox toyuğun tükündə olduğu aşkarlanıb. Məsələ ondadır ki, toyuqların tükündən də toyuq sənayesində yem kimi istifadə edilir. Yəni bir toyuğun tükündə arsen varsa, yemlə birlikdə digər toyuqlara da ötürülür.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az