Mədəniz ağrımayacaq! Mədə qıcqırmasını azaldan təbii çarələr - Video



 11:34 27.12.2023     798

Mədə turşusunun patoloji şəkildə mədədən qida borusuna doğru geri qayıtması qastro-ezofageal reflyuks xəstəliyi adlanır. Və bu problemdən yaxa qurtarmaq imkanınız var. Elə insanlar var ki, gəncliyindən başlayaraq qastro-ezofageal reflyuks xəstəliyindən əziyyət çəkir. Çıxış yolu kimi mədə turşusunu azaldan, turşunun fəaliyyətini durğunlaşdıran dərmanlar qəbul edirlər.

Qastro-ezofageal reflyuks xəstəliyi varsa, mədə ilə qida borusu arasındakı sfinkter (qapaqcıq) öz vəzifəsini yerinə yetirə bilmir, nəticədə, mədə turşusu qida borusuna daxil olur. Bəs bunun əsl səbəbi nədir? Səbəb odur ki, mədə turşusu lazımi qədər deyil. Hətta mədə turşusu o qədər azdır ki, mədə ilə qida borusu arasındakı sfinkterin tamamilə qapanması üçün gərəkli mexanizmi hərəkətə keçirə bilmir. Açıq qapıdan keçən mədə şirəsi qida borusunda yuxarıya doğru yüksəlir. Bu vəziyyət tibbdə hipoxlorhidriya adlanır. Yəni mədə şirəsində xlorid turşusu çatışmazlığı var. Xlorhidrat adlandırılan başqa bir vəziyyət isə mədədə, ümumiyyətlə, turşuluğun azalmasıdır. Əksər hallarda, yaşla əlaqəli meydana çıxır. Qastro-ezofageal reflyuks xəstəliyinin yaşlılar arasında geniş yayılmış olması bundan qaynaqlanır. Statistika göstərir ki, yaşı 60-ı keçmiş insanların 30%-i bu problemi yaşamaqdadır.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az