Uşaqlara öskürək əleyhinə siropları verməyin! - Video



 16:31 27.12.2023     679

 

Öskürək orqanizmdəki narahatlığın xəbərçisi hesab olunur. Havalar bir azca soyuyan kimi uşaqların çoxu öskürməyə başlayır.

Təbii ki, valideynlər də dərhal təşvişə düşərək, Uşağa soyuq dəydiyini zənn edir və öskürəyin keçməsi üçün hər vasitəyə əl atırlar. Aptekdən öskürək əleyhinə dərman alıb uşağa içirtmək yolverilməzdir. İlk növbədə öskürəyin yaranma səbəbi tapılmalıdır: Öskürəyin yaranma səbəbləri arasında tənəffüs sistemi xəstəlikləri – sinusit, bronxit və pnevmoniya, mədə-bağırsaq xəstəlikləri – reflyuks, ağciyərlərin irsi, anadangəlmə xəstəlikləri, anomaliyaları, vərəm, allergik xəstəliklər, astma və başqa xəstəliklər dura bilər. Ona görə də öskürək başlayan zaman əsas səbəbi tapıb, ona uyğun müalicə aparılmalıdır. Öskürək əleyhinə nəzərdə tutulmuş siropları uşaqlara verməzdən öncə mütləq həkimlə məsləhət edin. Yerli-yersiz istifadə edilən “öskürək siropları” öskürəyi daha da artıra, körpələrdə isə obstruksiya, boğulma verə bilər. Öskürəyi olan uşaq pediatr tərəfindən müayinə olunub, uyğun müalicə təyin edildikdən sonra belə, öskürək bir müddət, hətta 2 aya qədər də davam edə bilər. Odur ki, müalicənin effektini gözləyərək, əlavə dərman preparatlarının istifadəsinə tələsməmək lazımdır.

Pediatr Günay Rəsulova mövzu barədə videoda ətraflı məlumat verir.

Demedia.az   Pediatr Günay Rəsulova "Youtube"  kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az