Uşaqlarda ürək böyüməsi nədir? - Video



 13:03 27.12.2023     669

Tibbdə kardiomeqaliya kimi bilinən ürək böyüməsi ürək divarlarının qalınlaşması və ya ürək boşluğunun genişlənməsi nəticəsində ürəyin böyüməsidir.

Bu hal çox vaxt bir sıra əlavə xəstəliklərin (kardiomiopatiya, bəzi hamilələrdə son aylarda, uzun müddətli qan azlığı, qalxanvari vəz xəstəlikləri, hipertoniya və s/) nəticəsində meydana çıxır. Ürək böyüməsi bəzi hallarda əlamət vermir və təsadüfi müayinə nəticəsində aşkarlanır. Bəzi hallarda isə ürək böyüməsi ürəyin işinin tam icra edə bilməməsi əlamətləri ilə yəni ürək çatışmazlığı kimi ortaya çıxır.

Uşaq-Kardioloqu Elnur İmanov mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az  Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az