Bitki çayları, kələm, sarımsaq... / Qışda qidalanma necə olmalıdır? - Video



 15:29 27.12.2023     516

 

Qışda soyuqdan təsirlənən orqanizm qrip infeksiyalarına qarşı daha həssas olur. Ona görə də C vitamini zəngin olan qidalardan istifadə etmək lazımdır.

Bura portağal, mandarin, qreyfurt kimi meyvələr daxildir. Bundan başqa çuğundur, turp, kök, kərəviz, ispanaq, kələm kimi tərəvəzlər də qışda immun sistemini gücləndirir və xəstəliklərə qarşı qoruyucu funksiyasını həyata keçirir.

Endokrinoloq Ayşən Xəlilova mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir. Videonu izləyərək ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az