Varlanmaq üçün universiteti atdı - Bill Gates necə milyonçu oldu? - Video



 11:43 29.12.2023     712

“Microsoft”un banisi, proqramçı, yazıçı, xeyriyyəçi Bill Qeyts 28 oktyabr 1955-ci ildə Sietlda dünyaya gəlib. Vəkil atanın və müəllim ananın 3 uşağından biri, yeganə oğul övladı idi. Ailəsi imkanlı idi, o, qayğısız böyüyürdü. Lakin bu rahatlıqla yetinmədi. Sahib olduğu varidatı zəhmətkeşliyi və zəkası sayəsində artırdı, dünyanın ən varlı insanlarından biri oldu.

Təhsilinə Şimali Sietlda, dövlət məktəbində başladı. Bill`in zəkasının fərqinə varan valideynləri onu özəl təhsil müəssisələrindən birinə qoydular. Riyazi biliyi həmyaşıdlarından çox üstün olan Bill sürətlə təhsil pillələrində irəliləyirdi. 13 yaşından proqram yazmağa başlayan Bill`in yanında həmişə dostu Pol Allen olardı. İki uşaq birlikdə evlərinin yaxınlığındakı şirkətə gedir, onların kompüterlərindəki proqram xətalarını tapır, beləcə, həmin kompüterlərdən pulsuz istifadə etmək haqqı qazanırdılar. Təbii ki, bu, onların kompüter mövzusunda püxtələşməsi üçün təcrübə mənbəyi idi.

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az