Qaraciyərdəki yağları əridən ən güclü bitki - Video



 11:49 29.12.2023     617

Qaraciyər üçün hansı qidalar faydalıdır? Orqanizmin vəziyyətini yaxşılaşdırmaq, gələcəkdəki problemlərin qarşısını almaq üçün rasionunuza qaraciyər və mədəaltı vəzi üçün faydalı olan qidaları əlavə etməlisiniz.

Qaraciyərimiz az porsiyalı yeməkləri, duz və ədviyyatların minimum miqdarda qəbulunu sevir. Öd kanallarındakı spazmaların qarşısını almaq üçün yeməkləri və içkiləri isti halda qəbul edin. Belə qidalanma qaraciyərə düşən yükü əhəmiyyətli dərəcədə azaldır, orqanın normal fəaliyyətini bərpa edir. Qaraciyər xəstəliklərinin qarşısını almaq naminə tətbiq edilən pəhriz zamanı gündə 5 dəfə, az-az yeməlisiniz. Belə olan halda qaraciyər özünü təbii yolla təmizləyə biləcək. Nəticədə, kimyəvi dərmanlardan istifadə məcburiyyəti yaranmayacaq. Qaraciyər üçün faydalı olan qidalar bunlardır: -Təzə və ya qurudulmuş göyərtilər; -Çuğundur (çiy və ya bişmiş halda); -Yerkökü (çiy və ya bişmiş halda); -Balqabaq (çiy və ya bişmiş halda); -Alma; -Armud; -Albalı; -Quru meyvələr; -Paxlalılar (noxud, lobya, mərcimək); -Bitki yağları (kətan toxumu yağı, zeytun yağı);

Demedia.az   "Demədi Demə"  "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Videonu izləyərək mövzu barədə ətraflı məlumat əldə edə bilərsiniz. 

Rəna İsmayılova / Demedia.az