HƏMAS-dan sərt reaksiya: “Danışıqları dayandırmaq zəruridir”
HƏMAS İsrail tərəfi ilə təmasda olan vasitəçilərə mümkün atəşkəs danışıqlarının dayandırılması zəruriliyini bildirib.
Demedia.az xəbər verir ki, bu barədə Əl-Ərəbiyyə telekanalı məlumat yayıb.
Qeyd edilib ki, buna səbəb HƏMAS hərəkatın rəhbərliyinin üzvü Saleh əl-Arurinin öldürülüməsidir.
Qeyd edək ki, Livanın paytaxtı Beyrutda partlayış nəticəsində azı 6 nəfər ölüb. Onlardan biri də HƏMAS-ın yüksək rütbəli rəsmisi Saleh əl-Aruridir. Partlayışın İsrailə məxsus PUA-lar tərəfindən törədildiyi iddia edilir. Partlayışın baş verdiyi ərazi ordunun zirehli texnikası ilə mühasirəyə alınıb.
Bahadur Seyidov