Bu ölkələrdə  süni yumurtalar peyda olur



 12:45 03.01.2024     254

Albaniya, Banqladeş, Böyük Britaniya və Pakistan bazarlarında süni yumurtaların peyda olması ilə bağlı xəbərlər getdikcə artır.

Demedia.az xarici KİV-ə istinadən  xəbər verir ki, bu barədə  məlumatlar teleqram kanallarında yayılıb. Saxta yumurtaların çoxunun Çində istehsal olunduğu güman edilir.

Ötən ildə toyuq yumurtasının qiymətinin kəskin artması səbəbindən (ABŞ-da qiymət artımı 40%-dən çox olub), süni yumurta istehsalı üçün yeni mərkəzlər meydana çıxıb. Süni yumurtaların dəyəri indi həqiqi yumurtaların istehsalının dəyərinin 20% -dən çox deyil.

Qeyd edilir ki, süni yumurta ilə həqiqi yumurta arasındakı əsas fərqlər çox azdır. Belə ki, saxta yumurta yanan zaman onun qabığı da adətən yanır. Bundan başqa, saxta yumurtalar həqiqi yumurtalardan daha yuvarlaq olur. Saxta yumurta qırıldıqdan bir müddət sonra sarısı və ağı homojen bir qarışığa çevrilir.

Bahadur Seyidov