​Norveçdən Ukrayna ilə bağlı mühüm qərar



 13:46 03.01.2024     253

Norveç müdafiə şirkətlərinin Ukraynaya birbaşa silah satışını təsdiqləyib.

Demedia.az xəbər verir ki, bu barədəyerliKİVməlumat yayıb.

Norveç Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, bu ilin yanvarın 1-dən Norveç müdafiə sənayesindən Ukraynadakı hərbi səlahiyyətlilərə birbaşa silah satışına icazə verilib.

Bəyanatda xatırladılıb ki, Rusiya-Ukrayna müharibəsinin başlamasından bir neçə il sonra Norveç administrasiyası Ukraynaya silah bağışlamağa qərar verib və o vaxtdan bəri müxtəlif ianələr edib.

Açıqlamada Ukraynaya dəstəyin Avropanın təhlükəsizliyi üçün vacib olduğu vurğulanıb və müharibənin uzanacağı təqdirdə planların hazırlanmalı olduğu bildirilib.

Bəyanatda həmçinin qeyd olunub ki, Norveç müdafiə şirkətləri birbaşa Ukraynaya silah satmaq üçün ixrac lisenziyası üçün Xarici İşlər Nazirliyinə müraciət edə bilərlər.

Bahadur Seyidov