BRİCS genişlənir - Qərbə meydana oxumağı hədəfləyirlər



 14:45 03.01.2024     273

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının yaratdığı iqtisadi birlik olan BRİCS genişlənməyə davam edir.

Demedia.az xəbər verir ki,  İrandan sonra Səudiyyə Ərəbistanı da bu icmaya qoşulub.

BRİCS Səudiyyə Ərəbistanı, Argentina, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya, İran və Misirin üzvlük ərizələrini qəbul edib və avqust ayında üzvlüyə dəvət edib.

Səudiyyə Ərəbistanının üzv olması ABŞ və Çin arasında geosiyasi gərginliyin və Çinin ölkə daxilində təsirinin artdığı bir vaxta təsadüf edir.

 Qeyd edək ki, BRİCS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət icma Qərbin qlobal maliyyə sistemindəki hökmranlığına meydan oxumağı hədəfləyir.

 2001-ci ildə Qoldman Sacs investisiya bankında işləyən Cim O'Neill adlı iqtisadçı Braziliya, Rusiya, Hindistan və Çinin ingiliscə sözlərinin baş hərflərindən ittifaqın adını verən "BRIC" abbreviaturasını istifadə edib.  O dövrdə bunlar böyük, orta gəlirli, lakin ərazi baxımından sürətlə inkişaf edən iqtisadiyyatlar idi. O'Neill bu ölkələrin 2050-ci ilə qədər dünyanın ən böyük iqtisadiyyatları arasında olacağını proqnozlaşdırıb.  2006-cı ildə dörd ölkə bir araya gələrək BRIC-i yaradıb. 2010-cu ildə Cənubi Afrikanın iştirakı ilə BRİCS oldu.

Bahadur Seyidov