BMT həyəcan təbili çalır - Qəzzada aclıqdır
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi Qəzzada aclğın hökm sürdüyünü bəyan edib.
Demedia.az xəbər verir ki, Agentliyin sözçüsü Adnan Əbu Hasene Qəzza zolağının mərkəzi və şimal hissələrində on minlərlə insanın "aclıqdan əziyyət çəkdiyini" bildirib.
Təxminən bir həftədir ki, mərkəzi Qəzza şəhəri və şimal bölgələrinə ərzaq məhsulları daşıyan 5-7 yük maşınının girdiyini bildirən Əbu Hasene yardımların bölgədəki insanların ehtiyaclarını qarşılamaq üçün kifayət etmədiyini bildirib.
Qeyd edək ki, ötən ilin oktyabrın 7-dən başlayan İsrail-HƏMAS müharibəsi nəticəsində 22 mindən çox fələstinli həlak olub.
Bahadur Seyidov