Nyu-York-da faciə -Terrorla bağlı araşdırma başladı



 16:48 03.01.2024     290

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində içərisində çoxlu qaz qutuları olan avtomobil kütlənin  üzərinə çıxıb.

Demedia.az xəbər verir ki, Yeni il gecəsi konsertdən çıxan maşının törətdiyi qəza səbəbindən  2 nəfər ölüb,  5 nəfər yaralanıb.

Terrorla Mübarizə üzrə Birgə İş Qrupu hadisə ilə bağlı terror təhqiqatına başlayıb. ABŞ mətbuatında çıxan xəbərlərdə benzin qutuları ilə dolu avtomobilin Maykl Averi adlı şübhəlinin idarə etdiyi və onun ağır yaralı olaraq qəzadan xilas edildiyi bildirilib. Xəbərdə şübhəlinin qaldığı hotel otağında intihar qeydi və gündəlik qoyduğu, ailəsinin sorğu-sual edildiyi də bildirilib.

Bahadur Seyidov