Qalatasarayda nə baş verir? Ulduz futbolçu komandaya xəbərdarlıq da edib



 19:00 03.01.2024     292

Super Liqa nəhəngi "Qalatasaray"dan "Bazel"ə icarəyə göndərilən Yusuf Dəmir sarı-qırmızılı komandaya xəbərdarlıq edib.

Demedia.az xəbər verir ki, "Rapid Vyana"dan 6 milyon avroya yüksək qonorar qarşılığında transfer edilən Yusuf Dəmir üçün maraqlı iddia ortaya atılıb. "Bazel"ə icarəyə verilən Dəmir illik maaşının demək olar ki, hamısını sarı-qırmızılılardan alırdı."Qalatasaray"ın ona ödəməli olduğu pulu vermədiyini əsas gətirərək xəbərdarlıq edən Yusuf Dəmir rəhbərliyi təəccübləndirib.

Bahadur Seyidov