ABŞ İranda terror aktı ilə bağlı ittihamları rədd edir



 17:00 04.01.2024     287

ABŞ administrasiyası İranın Kirman əyalətində 103 nəfərin ölümü, 211 nəfərin yaralanması ilə nəticələnən terror aktında onların əli olduğuna dair iddiaları rədd edib.

Demedia.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat brifinqində İranda törədilən terror aktları ilə bağlı sualları cavablandırıb. Hücumlarla bağlı Miller, "ABŞ-ın heç bir şəkildə bu işə qarışmadığını, əksinə iddialar gülüncdür. İkincisi, İsrailin bu partlayışlarda iştirak etdiyinə inanmaq üçün heç bir əsasımız yoxdur" dedi. dedi. Mətbuat katibi Miller hücumlarda həyatını itirənlərə başsağlığı verib.
Kirman əyalətində İran İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin 2020-ci ilin yanvarında ABŞ-ın Bağdadda təşkil etdiyi hücumda öldürülməsinin 4-cü ildönümü ilə bağlı anım mərasiminin keçirildiyi qəbiristanlığa gedən yolda iki partlayış baş verib. Süleymaninin məzarının yerləşdiyi qəbiristanlıq yaxınlığında törədilən partlayışlarda 103 nəfər ölüb, 211 nəfər yaralanıb. İran rəsmiləri partlayışların terror aktı olduğunu açıqlayıb.

Bahadur Seyidov