İsrail Livanın Nakura şəhərindəki binanı bombalayıb



 20:45 04.01.2024     293

İsrail ordusu Livanın cənubundakı Nakura şəhərində binanı bombalayıb.

Demedia.az xəbər verir ki, hücum zamanı dağıntılara çevrilən evdə çoxlu mülki vətəndaşın öldüyü, onlarla insanın yaralandığı bildirilib. Bir gün əvvəl Livanın paytaxtı Beyrutda HƏMAS-ın ikinci liderini qətlə yetirən İsrail bölgədəki gərginliyi günü-gündən artırmağa davam edir. İsrailin son hücumu ilə bağlı xarici işlər naziri Hakan Fidanın sözləri yada düşdü. Gün ərzində mətbuat mənsublarının suallarını cavablandıran nazir Fidan İsrailin Livana hücumu ilə bağlı bunları deyib: "Məncə, israillilər Livanla müharibə etməmək üçün çox çalışırlar. Amma mən həmişə deyirəm ki, bu yolun çıxılmaz nöqtəsidir". O bildirib.Ötən gün Beyrutda HƏMAS-ın ikinci adı, Siyasi Büro sədrinin müavini Saleh əl-Arurinin öldürülməsini həyata keçirən İsrail ordusu bu dəfə İsrail sərhədinə yaxın Nakura şəhərində binanı dağıdıb. Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti İşçi Qrupunun Livandakı qərargahı bombalanıb.

Bahadur Seyidov