“Qazprom”: Çinə təbii qaz nəqli yeni səviyyəyə çatıb



 14:26 04.01.2024     254

Rusiyadan Çinə  nəql edilən  qazın miqdarı artırılıb.

Demedia.az  xəbər verir ki, Rusiyanın enerji nəhəngi “Qazprom” əvvəlki razılaşmalarda nəzərdə tutulduğu kimi, bu ilin ilk iki günündə Siberian Power təbii qaz boru kəməri ilə Çinə gündəlik nəqli yeni səviyyəyə qaldırdığını açıqlayıb.  Bildirilib ki, yanvarın 2-nə daşınmada yeni rekord qırılıb.

Bildirilib ki, 2023-cü ildə Çinə daşınan qaz 22,7 milyard kubmetrə yüksəlmişdisə,  bu il bu daşımaların 700 milyon kubmetrinin müqavilə öhdəliklərini aşdığı vurğulanıb.

“Qazprom” 2022-ci ildə Çinə 15,4 milyard kubmetr təbii qaz göndərib.

“Sibirin Gücü” xəttinin illik gücünün 2025-ci ildə 38 milyard kubmetrə çatması planlaşdırıldığı halda, “Qazprom” “Sibirin Gücü 2” xəttinin tikintisi ilə Çinə ümumi təbii qaz nəqlinin həcmini təxminən 100 milyard kubmetrə çatdırmağı hədəfləyir.

Bahadur Seyidov