Metroda bıçaqlanma - 4 nəfər yaralandı


Yaponiyanın paytaxtı Tokioda qatara bıçaqlı hücum nəticəsində 4 nəfər yaralanıb.
Demedia.az xəbər verir ki, hücum edən şəxs polis tərəfindən saxlanılıb.
Bildirilib ki, gecə saatlarında metroda naməlum şəxs ətrafdakı insanlara bıçaqla hücum edib. Hücum zamanı 4 nəfər yaralanıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Bahadur Seyidov