Terror təşkilatları 12 yaşlı qızı bu səbəbdən qaçırdı
Terror təşkilatı PKK/YPG Suriyanın Hələb vilayətində işğal etdiyi Ayn Əl Ərəb rayonundan 12 yaşlı qızı qaçırıb.
Demedia.az TRT Haber-ə istinadən xəbər verir ki, qızın qaçırılmasında məqsəd silahlı dəstəsinin heyətini genişləndirməkdir.
Bildirilib ki, terror təşkilatı qaçırılan uşaqların ailələri ilə əlaqə saxlamasına mane olub.PKK/YPG qaçırdığı və ya saxladığı gəncləri və uşaqları silahlı təlim üçün düşərgələrə aparır.
Məlumata görə, 2022-ci ildə 1200-dən çox uşağı qaçırılaraq silahlı dəstəyə cəlb edilib.
Bahadur Seyidov