Asiyada gərginlik yüksəldi! Myanma Çinlə sərhəd şəhəri vurub



 20:00 04.01.2024     273

Myanma ilə Çin arasında gərginliyi artıran hadisə bu gün baş verib. Myanmadan atılan artilleriya mərmiləri sərhədi keçərək Çinin sərhədinə yaxın bir qəsəbəyə düşüb.

Demedia.az xəbər verir ki, Artilleriya mərmiləri mülki ərazilərə düşərkən, Çin mediası çox sayda insanın yaralandığını açıqlayıb. Hərbi xunta ilə üsyançılar arasında qarşıdurmaların davam etdiyi Myanmada baş verənlər Çinin reaksiyasına səbəb olub. Çinin rəsmi media orqanlarından biri olan “Global Times” sosial şəbəkədə top mərmilərinin atıldığı andakı çaxnaşmadan bəhs edən video yayımlayıb. Video görüntülərdə insanların “Polisə zəng et” deyərək özlərini yerə atdıqları görünür. Çinin Yunnan bölgəsindəki Zhenkanq şəhərində, Myanma sərhədinə yaxın ərazidə baş verən hadisədə ilkin təsbitlərə görə 5 nəfərin yaralandığı açıqlanıb. Yaralıların xəstəxanaya aparıldığı da bildirilib.Bu hadisə 2015-ci ildə baş vermiş oxşar vəziyyəti xatırladıb. 2015-ci ildə Myanma tərəfindən atılan artilleriya mərmisi 5 nəfərin yaralanmasına səbəb olmuş və Pekinin sərt reaksiyasına səbəb olmuşdu. 2009-cu ildə on minlərlə Myanmalı Çinə daxil olmaq istədi və böyük izdiham yaşandı.

Bahadur Seyidov