Ölümdən son anda döndü - ANBAAN VİDEO



 19:15 04.01.2024     418

Mersinin Erdemli rayonunda yük maşını ilə minik avtomobilinin toqquşduğu yol qəzasının saniyələr içində tələbənin ölüm təhlükəsi ilə üzləşdiyi anlar təhlükəsizlik kamerasına düşüb. Qəzada 3-ü yaralanan, 1-i şok keçirən 4 nəfər xəstəxanaya göndərilib.

Demedia.az xəbər verir ki, qəza Mersin Antalya D-400 avtomobil yolunun rayon mərkəzi Yaylayolu işıq qovşağında baş verib. Daxil olan məlumata görə, yol ayrıcında Əli B.-nin idarə etdiyi 33 AHP 81 nömrəli yük maşını ilə İbrahim K.-nin idarə etdiyi 33 SZ 645 nömrəli avtomobil toqquşub. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Toqquşmanın təsirindən yük maşını orta refüje çıxaraq aşıb.

Bu zaman piyada keçidini keçmək istəyən tələbə qız saniyələr ərzində atdığı bir addımla ölümdən xilas olub.

Baş verənlər yaxınlıqdakı iş yerinin təhlükəsizlik kamerasına anbaan düşüb. Qəzada yaralanan 3 nəfər və şokda olan tələbə qız rayona sövq edilən təcili tibbi yardım maşınları ilə rayon dövlət xəstəxanasına aparılıb.Hadisə yerinə gələn polis qruplarının araşdırmasından sonra avtomobillər yedəklənib və yol hərəkətə açılıb.

Aysun / Demedia.az